13:38 23 Oktyabr 2017
Canlı yayım
Elman Rüstəmov

Elman Rüstəmovdan özəl banklara “faizləri azaltmaq” göstərişi

banker.az
İQTİSADİYYAT
Qısa URL
19831

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kredit fazi dərəcələrinin azadılması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən bank rəhbərləri ilə görüşüb.

BAKI, 10 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kredit fazi dərəcələrinin azadılması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən bank rəhbərləri ilə görüşüb.

AMB-dən Sputnik-ə verilən məlumatda bildirlir ki, görüşdə son dövrlərdə maliyyə bazarında, xüsusən də  kredit sahəsindəki problemlər, onlardan çıxış yolları, kredit faiz dərəcələrinin azaldılması və sair bu kimi aktual məsələlər müzakirə predmeti olub.

Mərkəzi Bank bankların kreditləşdirmə, xüsusilə də fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib. Bildirilib ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıb.

Banklar bu mövqe və tapşırıqları anlaşıqlı qarşılayıb, konstruktiv mövqe nümayiş etdiriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd ediblər.

Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülmüş işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.

Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.

Əsas mövzular