13:30 23 Oktyabr 2017
Canlı yayım
доллар

Belarus Rusiyadan 3 milyard dollar kredit istəyib

CC0 / falco / dollar
İQTİSADİYYAT
Qısa URL
810

Hazırda Belarusun xarici kredit borcu 12,7 mlrd. dollar təşkil edir.

BAKI, 9 iyul — Sputnik. Belarus Rusiyadan 3 milyard dollar kredit istəyib.

Sputnik Ruysiya mətbuatına istinadən xəbər verir ki, bunu  Rusiyanın maliyyə naziri Anton  Sulianov bəyan edib.

Onun sözlərinə görə, Belarus rəsmi olaraq 3 mlrd. dollar kredit almaq üçün Rusiyaya müraciət edib. 

Hazırda Belarusun xarici kredit borcu 12,7 mlrd. dollar  təşkil edir.

Qeyd edək ki, Rusiya  2014-cü ildə  2 mlrd.dollara yaxın Belarusa dövlət krediti verib. Bundan əlavə olaraq Rusiya hökuməti Belarusda Atom Elekrik stansiyasının tikintisinə 10 mlrd.dollar kredit vermək barədə maliyyə nazirliyinə göstəriş verib.

Teqlər:
Belarus Rusiyadan kredit istəyib, Kredit, Belarus Atom Elekrik stansiyası, Rusiya maliyyə naziri, Anton Siluanov, Rusiya, Belarus

Əsas mövzular