13:39 23 Oktyabr 2017
Canlı yayım
Funt dollar avro

Ekspert: Pullarınızı dollar və funt-sterlinqdə saxlayın

CC0 / NikolayFrolochkin / dollar
İQTİSADİYYAT
Qısa URL
17351

Azərbaycanın milli valyutası olan manat devalvasiyaya uğradıqdan sonra vətəndaşlar öz pullarını daha etibarlı valyutalarda saxlamaq barədə çox düşünürlər.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanın milli valyutası olan manat devalvasiyaya uğradıqdan sonra vətəndaşlar öz pullarını daha etibarlı valyutalarda saxlamaq çox düşündürür. Azərbaycan manatının gələcəyinə ümid etməyən insanlar öz pullarını daha çox dollar, avro, funt-sterlinqdə saxlamağa üstünlük verirlər.

Məsələnin aktuallığını nəzərə alaraq iqtisadçı alimlərin mövqeyini öyrənməyə çalışdıq. İqtisadçı Qubad İbadoğlu vətəndaşlara pullarını daha çox ABŞ dolları və ingilis funt-sterlinqində saxlamağı təklif edir: “Əgər vətəndaş əlində olan pulun  dəyərdən düşməsini istəmirsə və onu daha etibarlı valyutada saxlamaq istəyirsə, o zaman pulunu dollara və yaxud  funt-sterlinqə çevirsin. Bir il bundan əvvələ qədər mənə belə suallarla müraciət edənlərə çox asanlıqla qısamüddətli dövrdə (1 ilə qədər) manatla, uzunmüddətli dövrdə (1 ildən çox) isə dollarla cavabını verirdim. Əslində o zaman bu sualı cavablandırmaq qədər də çətin deyildi. Əsas çətinlik indi yaranıb. Ona görə də indi yığımları valyutaya çevirərkən daha çox ethiyatlı olmaq lazımdır”.

Onun fikrincə, banklar etibarlılığını itirdiklərinə görə bəzi vətəndaşların sərəncamında xeyli miqdarda sərbəst vəsait var: “Belə ki, yalnız may ayında banklardan 116,1 mln. manatlıq əmanət geri çəkilib və beləliklə də Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 2015-ci il iyunun 1-nə 7 milyard 601 milyon 100 min manat təşkil edib. Digər tərəfdən də dünya valyuta bazarı hazırda siyasi qərarlara xeyli həssas olub. Belə ki, avronun taleyi Yunanıstandakı borc böhranından, Azərbaycan manatının məzənnəsi də avro və dolların məzənnələrindəki dəyişikliklərdən və neft qiymətlərindən asılı vəziyyətə düşüb. Əgər 1 il bundan əvvəl 73 avrosentə 1 dollar alırdıqsa, indi 1 dollar almaq üçün 91 avrosent ödəməliyik. Eyni ilə də 1 il öncə 1 dolları almaq üçün 78 qəpik ödəyirdiksə, hazırda 1 manat 5 qəpik ödəmək məcburiyyətindəyik. 1 il bundan əvvələ qədər Azərbaycan vətəndaşları öz vəsaitlərini dollar, avro və manatla saxlayırdılarsa, indi əksəriyyət ABŞ dollarına üstünlük verir.”

Qubad İbadoğlu
amerikaninsesi.org
Qubad İbadoğlu

İqtisadçı alim hesab edir ki, əslində valyuta bazarında baş verən dəyişikliklərdən əmanətlərin dəyərsizləşməsini sığorta eləmək üçün şaxələnmiş valyuta səbətinin formalaşması yaxşı yanaşmadır: “Amma gərək bu səbətdə saxlanılan valyutaları və onların xüsusi çəkisini düzgün müəyyənləşdirəsiniz. Səbətə daxil olacaq valyutalardan birinin ABŞ dolları olması artıq heç kəsdə şübhə doğurmur. Başqa hansı valyutalar ötən 1 ildə sabitliyini saxlayıb sualına cavab verməklə digər valyutalar barədə də qərar vermək olar. Ötən 1 ildə ABŞ dollarına nəzərən möhkəmlənən valyutalardan biri də Venesuelanın bolivarıdır. Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Venesuala höküməti hələ də milli valyutasının sabitliyini qoruyur. Lakin, bu o demək deyil ki, yığımlarınızı bolivarda saxlayın. Ötən 1 il ərzində Çin yuanının (Yunanıstanda referenduma qədər), Honq Konq dollarının, Səudiyyə rialının ABŞ dollarına nəzərən məzənnəsi də dəyişməyib. Bu dövr ərzində nisbətən sabit valyuta İsveçrə frankı, İngilis funtu, Kanada dolları, Hind rupisi, Argentina pesosu sayıla bilər. Onlar ABŞ dollarına nəzərən ötən 1 ildə dəyərini cüzi olaraq itiriblər. Riskli valyutalar siyahısına isə rus rublu başçılıq edir. Son 1 ildə 34.4 rubldan 57,3 rubla qədər zəifləyən rus valyutasının gələcək taleyi də tutqun görünür. Türkiyə lirəsinə gəlincə, dövr ərzində onun ABŞ dollarına nəzərən məzənnəsi 2,13-dən 2,69 qədər dəyişib. Beləliklə də yığımları az olanlar üçün güvəncli valyuta ABŞ dolları, çox olanlar üçün isə əsasən ABŞ dolları qismən isə İsveçrə frankı, İngilis funtu, Kanada dolları, Hind rupisi, Argentina pesosu tövsiyyə oluna bilər.”

Teqlər:
əmanətlərin geri çəkilməsi, sərbəst vəsait, avrosent, iqtisadçı alim, manatın devalvasiyası, avro, funt sterlinq, dollar, Pul yığımı, Mərkəzi Bank, İqtisadçı Qubad İbadoğlu, Azərbaycan

Əsas mövzular