02:03 18 Oktyabr 2017
Canlı yayım
Vahid Əhmədov

Bank sahəsindəki problemi ciddi nəzarət mexanizmi tənzimləyə bilər

azadliq.org
İQTİSADİYYAT
Qısa URL
1611

Vahid Əhmədov: Nə qədər ki, Azərbaycanda bank faizləri aşağı salınmayıb və bu məsələ öz müsbət həllini tapmayıb, problemli kreditlərin problemi qalmaqda davam edəcək.

BAKI, 9 iyul — Sputnik. Nə qədər ki, Azərbaycanda bank faizləri aşağı salınmayıb və bu  məsələ öz müsbət həllini tapmayıb, problemli kreditlərin problemi qalmaqda davam edəcək. 

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Vahid Əhmədov son dövrlərdə ölkədə vaxtı keçmiş kreditlər məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, son vaxtlar mütəmadi olaraq bank faizlərinin çox yüksək olduğunu nəzərə çatdırılsa da nəticə etibarilə faizlər artmaqda davam edir. 

“Mərkəzi Bankın açıqlamalarına əsasən problemli kreditlərin həcmində ayda təxminən 40-50 milyon manat artım müşahidə edilir. Nə qədər ki, bank faizləri məsələsi həll olunmayıb, problemli kreditlərin həcmi artmaqda və problem olaraq qalmaqda davam edəcək. Ola bilsin ki, bu daha ciddi problemlərə yol açacaq”, — deyə millət vəkili bildirdi.

Bununla belə millət vəkili  onu da əlavə etdi ki, müəyyən müddətdən sonra faizlər stabilləşəcək: “Bank faizləri aşağı salınmalıdır. Bundan əlavə olaraq Mərkəzi Bank verdiyi qərarın yerinə yetirilməsi üçün nəzarət mexanizmini həyata keçirməli, mütəmadi olaraq həmin banklarda yoxlamalar aparmalıdır. Kommersiya bankları Mərkəzi Bankın verdiyi qərarı pozduqları təqdirdə onlara qarşı cəza tədbirləri görülməli, həmçinin verilən lisenziyalar geri alınmalıdır. Ona görə ki, bu  sahədəki problemi tənzimləmək   çox ciddi nəzarət mexanizmi tələb edir”.


Əsas mövzular