02:16 18 Oktyabr 2017
Canlı yayım
Самир Алиев_экономист

Ekspert: Azərbaycan kredit bazarında qeyri-sabit durum davam edir

Личный архив Самира Алиева
İQTİSADİYYAT
Qısa URL
1521

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanda kredit bazarı son 5 ayda qeyri-sabit durumdadır.

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, faiz dərəcələri makroiqtisadi gərginlik fonunda sərt rəqslər edir. 

“Çünki ölkə üzrə kredit faizlərinin orta dərəcələri ilə bağlı Mərkəzi Bankın statistik göstəriciləri real vəziyyəti təsvir etmir. Axı manat qıtlığı olan aylarda milli valyuta kreditlərinin bahalaşması necə ola bilər ki, orta faiz dərəcəsinə təsir göstərməsin. Və yaxud dollar kreditlərinə tələbatın azalması fonunda rəsmi statistikada manatla dollar kreditlərinin faiz dərəcələri arasında fərqin demək olar ki, dəyişməməsi nə dərəcədə reallığı əks etdirir? Mərkəzi Bankın rəsmi göstəricilərindən fərqli olaraq dollar kreditlərinin faiz dərəcəsi əhəmiyyətli dərəcədə aşağı düşüb və xarici valyuta kreditləri ilə manat kreditlətinin faiz dərəcələri arasında fərq 5-10% civarında dəyişir. Halbuki Mərkəzi Bankda bu fərq 1-1,5%-dən çox deyil. Öz növbəsində dollar kreditlərinə tələbatın kəskin azalması, əmanətlərin dollarlaşması bankları sərt addım atmağa sövq etdi”, — deyə ekspert vurğulayıb.

Ekspert onu da əlavə etdi ki, nəticədə dollar əmanətləri üzrə illik faiz dərəcələri xeyli aşağı salındı: “Bu endirim 3-4%-ə qədər davam etdi. Bunun ardınca dollar kreditlərinin faiz dərəcələrində zəif də olsa azalma müşahidə edildi. Artım həm manat əmanətində, həm də kreditlərində baş verdi. Çünki manat qıtlığı ilə üzləşən banklar əhalini milli valyuta əmanətinə həvəsləndirmək üçün faiz dərəcələrini 15%-ə qədər artırdırlar. Əmanət faizlərinin artması eyni zamanda manat kreditlərini əhəmiyyətli dərəcədə bahalaşdırdı. İyun ayında dollar əmanətlərinin faiz dərəcələri azaldıldı və buna uyğun olaraq dollar kreditlər ucuzlaşdı. Ona görə də düşünürəm ki, iyul ayında dollar krediti üzrə orta göstəricinin azalması, manat krediti üzrə isə artmasını müşahidə edəcəyik.”

Əsas mövzular