23:01 29 May 2017
Canlı yayım
Mərkəzi bank

Mərkəzi Bankın valyuta ehtiyatları bu il ilk dəfə artıb

cbar.az
İQTİSADİYYAT
Qısa URL
701

Bu ilin may ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 430 milyon dollar təşkil edib.

BAKI, 3 iyun — Sputnik. Bu ilin may ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 430 milyon dollar təşkil edib.

Sputnik-in AMB-yə istinadən yaydığı məlumata görə, bu, aprel ayının sonu ilə müqayisədə 0,5% və yaxud 42,9 milyon dollar çoxdur.

Ötən ilin iyul ayından bəri ilk dəfədir ki, valyuta ehtiyatları artım nümayiş etdirir. İlin əvvəli ilə müqayisədə sözügedən göstərici 38,7%, son 1 ildə isə 44,1% azalıb.

Əsas mövzular