08:20 14 Dekabr 2017
Canlı yayım
İlham Əliyev

İlham Əliyev: Zəngin qaz resursları bizi ən azı 100 il təmin edəcək

© AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
1201

Prezident İlham Əliyev TAP-Trans-Adriatik layihəsinin qarşısına heç bir süni əngəl çıxmayacağına ümid etdiyini bildirib.

BAKI, 27 may — Sputnik. İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək.

Bunu bu gün Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.  

Prezident ötən ilin sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulduğunu, o tarix də çox rəmzi məna daşıdığını xatırladıb: “Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib. Mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulub”.

Prezident TAP-Trans-Adriatik layihəsinin qarşısına da heç bir süni əngəl çıxmayacağına ümid etdiyini bildirib: “Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq”.

“Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə işə düşməsi “Şahdəniz” yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir” deyə, prezident qeyd edib.

Əlaqədar

İlham Əliyev Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
İlham Əliyev və Donald Tusk Azərbaycan-Aİ əməkdaşlığından məmnundurlar
Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Teqlər:
süni əngəl, rəsmi qəbul, qaz resursları, təməl, layihə, Respublika Günü, İlham Əliyev, Azərbaycan, Türkiyə

Əsas mövzular