02:28 24 İyun 2017
Canlı yayım
Bank Technique

"Asan İmza" "Bank Technique"in Məsafəli xidmətlərində

banco.az
İQTİSADİYYAT
Qısa URL
701

“Bank Technique” ASC may ayında istifadəyə vermiş Məsafəli Bankçılıq Xidmətlərinə "Asan İmza" mobil elektron imza texnologiyasını inteqrasiya edir.

BAKI, 26 may — Sputnik. “Bank Technique” ASC may ayında istifadəyə vermiş Məsafəli Bankçılıq Xidmətlərinə "Asan İmza" mobil elektron imza texnologiyasını inteqrasiya edir.

Mayın 25-də bankda keçirilən toplantıda “Bank Technique”in Müşahidə Şurasının sədri Rövşən İsmayılov bu ay istifadəyə verilmiş xidmətlərin kifayət qədər maraqla qarşılandığını bildirərək, yeni texnologiyaların tətbiqinin vacibliyini bildirib. Yeni xidmətlərin istifadəyə verilməsi Bankı maliyyə təsisatları arasında ilk yerlərə yüksəltsə də, sürətlə dəyişən mühitdə bu birinciliyi qorumaq üçün daim səy göstərmək və innovasiyalardan faydalanmaq lazımdir.

Toplantı zamanı "Asan İmza"nın “Technique Online”, “Technique Mobile” və “Technique ID”sistemlərində testlərinin uğurla həyata keçirildiyi bildirilib, tam istifadəyə hazır olduğu vurğulanıb. Geniş təqdimat zamanı bildirilib ki, “Asan İmza" texnologiyası məsafəli bankçılıq xidmətlərinin imkanlarını genişləndirməklə, displey-kartlarla yanaşı, eyniləşdirmə sahəsində rahatlığı və təhlükəsizliyi təmin edir.

Sonda, yeni texnologiyanın gələn həftə ərzində müştərilərin istifadəsinə verilməsi barədə qərar qəbul edilib.

“Technique Online” tamfunksional internet-bankçılıq sistemini, “Technique Mobile” smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən “Technique ID” qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərin təqdimatı may ayının 1-də təşkil edilib. 

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.


Əlaqədar

“Bank Technique”dən əməkdaşlarının həbsi xəbərləri ilə bağlı açıqlama

Əsas mövzular