21:29 25 İyun 2017
Canlı yayım
Cənub Qaz Dəhlizi

SOCAR: "Cənub Qaz Dəhlizi” siyasi layihə deyil

notum.info
İQTİSADİYYAT
Qısa URL
2601

Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı, deyə SOCAR vitse-prezidentinin müavini Vitali Bəylərbəyov vurğulayıb.

BAKI, 26 may — Sputnik. "Cənub Qaz Dəhlizi” bütövlükdə siyasi yox, ciddi kommersiya layihəsidir.

Bunu “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

O bildirib ki, Azərbaycan bu layihəni beynəlxalq tərəfdaşları ilə birgə reallaşdırır: “Siz bu xəritədə Asiya və Avropa, dünyanın qərb və Oriental adlandırdığımız hissəsindən olan müvafiq şirkətləri görə bilərsiniz. Eləcə də, bu layihədə həmçinin “Şahdəniz-2” layihəsinin səhmdarlarından olan Rusiyanın “LUKoil” şirkəti, İranın NİKO şirkəti, Britaniyanın bp şirkəti, Malayziyanın Petronas şirkəti və Türkiyənin TPAO şirkəti iştirak edir. Avropalı alıcılara gəlincə, onların arasında Shell, Gaz de France, Gas Natural of Spain, ENEL və Hera şirkətləri üstünlük təşkil edir.

SOCAR rəsmisi vurğulayıb ki, layihənin reallaşdırılmasında “reklam rol oynamır, işlər biznesin prinsipinə əsaslanır”.

“Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı. “Şahdəniz-2” mərhələsində qaz hasilatı üçün sonuncu tarix kimi 2018-ci il götürülüb. 2018-ci ildə mavi yanacaq Türkiyəyə, Əskişəhərə çatacaq. 2020-ci ilin əvvəlində bizim müştərilərimiz Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”, deyə Bəylərbəyov bildirib.

Əlaqədar

Riçard Morninqstar: “Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsiri olmayacaq

Əsas mövzular