17:18 14 Dekabr 2017
Canlı yayım
Bakı-Sumqayıt-Xırdalan dəmir yolu

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun böyük hissəsi əsaslı təmir olunub

trend.az
İQTİSADİYYAT
Qısa URL
1201

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib.

BAKI, 22 may — Sputnik. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, hazırda Xırdalan – 10-cu blok post mənzilində 1150 metr uzunluğunda baş yolların təmiri həyata keçirilir.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-də start verilib və bu günə kimi 41 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin mütəxəssisləri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdırıldıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Əlaqədar

Bakı-Xırdalan-Sumqayıt qatarında gediş haqqı ucuz olacaq

Əsas mövzular