19:26 23 İyun 2017
Canlı yayım
neft buruğu

Üç ayda bp tərəfdaşları Azərbaycandakı layihələrə 1,73 mln dollar xərcləyiblər

© AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
711

2015-ci ilin birinci rübündə bp və onun tərəfdaşları Azərbaycandakı davamlı inkişaf layihələrinə 1,73 milyon dollar xərcləyiblər

BAKI, 16 may — Sputnik. 2015-ci ilin birinci rübündə bp və onun tərəfdaşları Azərbaycandakı davamlı inkişaf layihələrinə 1,73 milyon dollar xərcləyib.

“bp-Azerbaijan” şirkətindən verilən məlumata görə, Xəzərdə bp-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp mühüm inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən inkişaf təşəbbüslərini davam etdirəcək.

Əsas mövzular