15:49 20 Noyabr 2017
Canlı yayım
dəmir yolu

Bakı-Xırdalan-Sumqayıt qatarında gediş haqqı ucuz olacaq

summso.com
İQTİSADİYYAT
Qısa URL
1211

Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq qatarlarda gediş haqqına “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən dəyişiklik edilə bilər

 

BAKI, 14 may — Sputnik. Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq qatarlarda gediş haqqına “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən dəyişiklik edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov qeyd edib ki, həmin qatarlar əvvəlkilərdən yüksəkkeyfiyyətli olması ilə fərqlənir. Bu qatarlarda kondisioner, “Wi-Fi”, yüksək xidmət və vaxta qənaət olacaq. Bu qatarların Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Hər şeyi nəzərə alaraq qiymətləri vətəndaşların ziyanına olmayacaq şəkildə tənzimləyəcəyik.

QSC sədri Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra yeni vaqonların alınacağını da deyib.

İsveçrənin “Stadler Rail Group” şirkəti ilə qatarların alınmasına dair müqavilənin imzalandığını xatırladan C.Qurbanov müqaviləyə əsasən şirkətdən 30 sərnişin vaqonunun alınacağını bildirib. Onun sözlərinə görə bu ilin sonuna kimi həmin vaqonların ölkəyə gətirilməsi gözlənilir.

Azərbaycana yeni gətiriləcək vaqonlarda gediş haqqının Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini deyən QSC sədri bildirib ki, plaskart vaqonlarda gediş haqqı sosial qiymətlərə aiddir və bu qiymətlər əhalinin əksəriyyəti üçün hesablanıb. Ona görə də, plaskart vaqonların qiymətlərinin dövlət tərəfindən, VİP vaqonların qiymətlərinin isə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tənzimlənməsi nəzərdə tutulur.

Əsas mövzular