Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Üzeyir sənətinin gənclik sədaları"

© Photo : Ministry of Culture of the Republic of Azerbaijan“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti
“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.
BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.
Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.
Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.
Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.
Xəbər lenti
0