10:51 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
MƏDƏNİYYƏT
Qısa URL
14 0 0

Aktual musiqinin bu iki korifeyinin vokal, simfonik və kamera musiqi janrlarında öz parlaq təcəssümünü tapan əsərləri "Şərq-Qərb" tendensiyasının əsas istiqamətlərini izləməyə imkan yaradır

BAKI, 10 sentyabr — Sputnik. Rusiyanın Həştərxan şəhərində "Opera.First" I Beynəlxalq Musiqi Festivalının açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, festivalın klassik və romantik musiqi nümunələrindən ibarət rəngarəng proqramında, simfonik və kamera konsertlərində musiqisevərlərin geniş rəğbətini qazanmış məşhur ariya və ansambllar, uvertüra və intermediyalar səslənəcək.

Geniş populyar əsərlərlə yanaşı festivalın konsertlərində müasir musiqinin iki ən çox tanınmış nümayəndəsi – Arvo PyartaFirəngiz Əlizadənin yaradıcılığı təqdim olunacaq. Aktual musiqinin bu iki korifeyinin vokal, simfonik və kamera musiqi janrlarında öz parlaq təcəssümünü tapan əsərləri "Şərq-Qərb" tendensiyasının əsas istiqamətlərini izləməyə imkan yaradır.

Festivalın açılış günündə təntənəli şəkildə Həştərxan Filarmoniyasının böyük zalında Rusiyanın tanınmış dirijoru, Rusiya Federasiyasının Xalq artisti M.Qolikovun idarəsi ilə Xəzəryanı Kamera Orkestri konsert proqramını təqdim edib. İlk musiqi nömrəsi kimi səslənən Firəngiz Əlizadənin "Metamorfozlar" əsəri tamaşaçıların böyük rəğbətini qazandı.

Festival öz işini davam etdirərək, musiqisevərlərə yeniliklər və sürprizlər bəxş edəcəkdir. Xüsusilə, qeyd etmək lazımdır ki, Firəngiz Əlizadənin musiqisinə teatr tamaşasının nümayişi böyük maraqla gözlənilir.

Məlumat üçün bildirək ki, Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədridir. Xalq artisti UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilib.

Müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından olan musiqiçinin əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanıb.

Həmçinin oxuyun:

Azərbaycan filmi dünya premyerasına hazırlaşır

Teqlər:
festival

Əsas mövzular