Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Amerikalı aktyor mənzilində ölü tapıldı

© © Paras Griffin / Getty Images via AFPAmerikalı aktyor Maykl Kennet Uilliams
Amerikalı aktyor Maykl Kennet Uilliams  - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Uilliams əsasən "The Wire", "Boardwalk Empire", "The Sopranos" və digər seriallardakı rolları ilə tamaşaçılar tərəfindən tanınır. O, 2002-2008 -ci illərdə yayımlanan "The Wire" teleserialında narkotik alverçisi Ömər Litl rolu ilə daha geniş auditoriyaya tanınıb.
BAKI, 7 sentyabr — Sputnik. Amerikalı aktyor Maykl Kennet Uilliams vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı aktyor bazar ertəsi günü Nyu-Yorkun Bruklin rayonundakı mənzilində ölü tapılıb. Məlumatlara görə, aktyorun cəsədi qardaşı oğlu tərəfindən tapılıb.
Polisin bildirdiyinə görə, ölüm həddindən artıq narkotik maddələrin qəbulu nəticəsində baş verib.
Mənzildə narkotik tapıldığı da iddia olunur, bu da sənətçinin həddindən artıq dozada narkotik qəbulundan ölə biləcəyini istisna etmir.
Məlumat üçün bildirək ki, Uilliams əsasən "The Wire", "Boardwalk Empire", "The Sopranos" və digər seriallardakı rolları ilə tamaşaçılar tərəfindən tanınır. O, 2002-2008 -ci illərdə yayımlanan "The Wire" teleserialında narkotik alverçisi Ömər Little rolu ilə daha geniş auditoriyaya tanınıb.
Xəbər lenti
0