21:00 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
724 0 0

Tədqiqatçı hazırladığı artefakt nümunələrində bir neçə xammal növündən istifadə edir: qədim insanların ilk əmək alətlərinin materialı olan çay daşlarından, bazalt materialından, çaxmaqdaşı, obsidian (dəvəgözü) və digər materiallardan alətlər hazırlayır.

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Neolit-tunc dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə ölkəmizdə eksperimental arxeologiyanın inkişafına dəstək vermək üçün 3 milyon il bundan əvvəl istifadə olunan qədim dövrlərə aid ibtidai əmək alətlərini düzəldir, onların eskizlərini hazırlayır.

© courtesy of Ezhder Babzade
Əjdər Babazadə

Bu barədə Sputnik Azərbaycan-a danışan arxeoloqun sözlərinə görə, onun hazırladığı ən qədim artefakt nümunəsi alt paleolit dövrünə aid ibtidai əmək alətidir: "Bu mənim elmi işimdir. Alt paleolit dövründən neolit dövrünün son mərhələsinə, o dövrün uzun bıçaqlarının hazırlanmasına qədər olan bütün alət növlərini düzəldirəm".

© courtesy of Ezhder Babzade
Əjdər Babazadə

Tədqiqatçı hazırladığı artefakt nümunələrində bir neçə xammal növündən istifadə edir: qədim insanların ilk əmək alətlərinin materialı olan çay daşlarından, bazalt materialından, çaxmaqdaşı, obsidian (dəvəgözü) və digər materiallardan alətlər hazırlayır.

Onun sözlərinə görə, ölkəmizdə bu sahə üzrə mütəxəssislərin olmaması səbəbindən eksperimental arxeologiya sahəsindəki biliklərini artırmaq məqsədilə dəfələrlə xarici ölkələrdə arxeoloji tədqiqatlarda və nüfuzlu konfranslarda iştirak edib. Mütəxəssis hazırda Qarabağda olan Son Neolit dövrünə aid əmək alətlərinin araşdırılmasında iştirak edir.

© courtesy of Ezhder Babzade
Qədim dövrə aid alətlər

Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.

Əsas mövzular