01:14 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
16 0 0

Ölmək vaxtı deyil" (No Time to Die) adlanan yeni filmdə baş rolu Deniel Kreyq ifa edir. Filmin dünya premyerası sentyabrın 28-də olacaq, onu Londonda Albert-Hollda göstərəcəklər.

BAKI, 1 sentyabr — Sputnik. Agent 007 Ceyms Bond haqqında 25-ci filminin final treyleri "Bondiana"nın yutubdakı rəsmi kanalında yerləşdirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, "Ölmək vaxtı deyil" (No Time to Die) adlanan yeni filmdə baş rolu Deniel Kreyq ifa edir. Filmin dünya premyerası sentyabrın 28-də olacaq, onu Londonda Albert-Hollda göstərəcəklər.

Süjetə əsasən, Ceyms Bond operativ xidmətdən uzaqlaşır və Yamaykada yaşayır. Bu vaxt onun Mərkəzi Kəşfiyyat İdarəsindən olan köhnə dostu kömək xahişi ilə adaya gəlir və vəziyyət dəyişir. Oğurlanmış alimin xilası üzrə missiya Bondun nadir texnoloji silaha malik olan sirli cinayətkarın tələsinə düşməsi ilə nəticələnir.

Məlumat üçün qeyd edək ki, Agent 007-nin macəraları haqqında "Doktor Nou" (Dr. No) adlı ilk film ekranlara 1962-ci ildə çıxıb. Hazırda rejissor Sem Mendesin "bondiana" seriyasından sonuncu filmi olan "007: Spektr" (Spectre, 2015) dünya prokatında 880 milyon ABŞ dolları qazanıb. Kinoseriyanın ümumi kassa yığımları isə 10 milyard dolları ötür.

Həmçinin oxuyun:

"Qızıl şir" mükafatının sahibi bəlli oldu

Əsas mövzular