15:03 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

"Nizamidən Vaqifə" adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

BAKI, 31 avqust — Sputnik. Vaqif Poeziya Günləri başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, "Nizamidən Vaqifə" adlı poetik kompozisiya təqdim edilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəsə xoşbəxt anlar yaşatdığını vurğulayıb. Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi "Qarabağa dönüş" poemasından bir parçanı oxuyub.

Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, "Əli Kərim poeziya evi"nin rəhbəri, şair İbrahim İlyaslı, "Söz" ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Faiq Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları dinlənilib.

"Nizamidən Vaqifə" adlı poetik kompozisiya isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

Vaqif Poeziya Günlərinə "Qarabağ, ana yurdum" mahnısı ilə yekun vurulub.

Həmçinin oxuyun:

* Xalq yazıçısı: “Şuşada keçirilən tədbirlər böyük ictimai-siyasi əhəmiyyət kəsb edir”

* Çingiz Abdullayev koronvirusa yoluxub - xəstəxanaya yerləşdirilib

* Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"

* Prezident və birinci xanım Şuşadakı sərgilərlə tanış olublar

* İlham Əliyev və xanımı Şuşada "Vaqif Poeziya Günləri"nin açılışında iştirak ediblər

Əsas mövzular