21:52 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
15 0 0

Filmin premyerası bu ilin dekabrın 16-da keçiriləcək. 17 dekabr 2021-ci ildə isə ABŞ-da satışa çıxarılacaq. Premyeranın 16 iyul 2021-ci ildə nəzərdə tutulsa da pandemiya səbəbindən təxirə düşüb.

BAKI, 24 avqust — Sputnik. Marvel "Hörümçək adam: Geriyə yol yoxdur" filminin rəsmi treylerini buraxıb. Sputnik Azərbaycan xəbər verir ki, internet məkanında treylerin pirat versiyası çıxdığı üçün kinostudiya onu vaxtından tez özünün "twitter" hesabına nümayiş etdirib.

Filmin rejissoru Con Uots olub. Yeni "Hörümçək adamda" rolları Tom Holland, Zendaya, Marisa Tomey, Benedikt Kamberbetç, C.K.Simons, Enqauri Rays və başqaları ifa ediblər.

Filmin premyerası bu ilin dekabrın 16-da keçiriləcək. 17 dekabr 2021-ci ildə isə ABŞ-da satışa çıxarılacaq. Başlanğıcda premyeranın 16 iyul 2021-ci ildə nəzərdə tutulsa da pandemiya səbəbindən təxirə düşüb.

Məlumat üçün bildirək ki, Marvel kino şirkəti bundan əvvəl 24 film istehsal edib. "Dəmir adam" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Hörümçək adam: Evə qayıdış" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021) və s. filmləri istehsal olunub.

Növbəti illər üçün daha 10 filmin premyerası planlaşdırılıb.

Eləcə də oxuyun:

Teqlər:
film, video, Hörümçək adam

Əsas mövzular