CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mahnıları dillər əzbəri olan bəstəkar Cavanşir Quliyevə orden təqdim edilib

Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib.
BAKI, 14 avqust — Sputnik. Dədə Qorqud Fondu Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyevə "Vətən Övladı" ordenini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bəstəkar bu mükafata Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri, musiqimizin tanınması və inkişafına vetdiyi misilsiz töhfələrə görə layiq görülüb.
Qeyd edək ki, Cavanşir Quliyev 70 illik yubileyi münasibətilə bu ordenlə təltif edilib.
Məlumat üçün bildirək ki, C.Quliyev hələ tələbə ikən, bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq edib. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işləmişdi. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 — 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994 — 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.
Bir çox mahnıların müəllifi eyni zamanda bir sıra baletlərin, operetta və orkestr üçün yazılan əsərlərin müəllifidir.
Eləcə də oxuyun:
Tanrıya, komandana və əsgərə təşəkkürlər: Şuşada axan sevinc göz yaşları
Bəstəkar Cavanşir Quliyev "İrəvan Türk Cumhuriyyətinin" Dövlət himnini bəstələyib
Cavanşir Quliyev: Musiqimiz də, dinləyicimiz də keyfiyyətsizləşir
Xəbər lenti
0