CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Xalq artisti vəfat edib

© Sputnik / Musa MuradliSəhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsi - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
81 yaşlı Xalq artisti ötən gün vəfat edib. Aktyor Azərbaycan Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərib.
BAKI, 14 avqust — Sputnik. Xalq artisti Vaqif Əliyev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb.
1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Vaqif Əliyev N.Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C.Cabbarlının "Dönüş"ündə - Şövqi, Sapand, C.Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə.Nesinin "Tənha qadınlar"ında - Qazabaxan, A.Babayevin "Oğul"unda - Qəzənfər, A.Məmmədovun "Dəli Domrul"unda - Ata, N.Hikmətin "Domokl qılıncı"nda - Kar, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ində - Seyidağa, S.Rəşidinin "Mənim Ərdəbilim"ndə - Əmir, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ində Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"ında - Rus Zabiti, A.Qurbaninin "Türk sancağı"nda - Ağsaqqal, H.Cavidin "İblis"ində - Xaxam rollarını məharətlə yaradıb.
Aktyor bundan başqa, "Ağ atlı oğlan" (erməni obrazı), "Yük", "Biz qayıdacağıq ", "Sovqat" kimi filmlərdə rol alıb. Allah rəhmət eləsin!
Eləcə də oxuyun:
Xalq artisti ağlamalı gündə: "Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır"
 
Xalq artistinin ölümündən 40 gün keçir, ancaq qəbirüstü daşı hələ də hazırlanmayıb
Xəbər lenti
0