02:02 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
22 0 0

Təxminən iki dəqiqəlik performansdan sonra özünü Heydər Əliyev Sarayının mühafizə rəisi kimi təqdim edən şəxs aktyorun nümayişinə mane olub.

BAKI, 14 iyul — Sputnik. Ötən gün axşam saatlarında Azərbaycanda ilk müstəqil ADO teatrının yaradıcısı, aktyor Elmin Bədəlov Heydər Əliyev Sarayının qarşısında "Yeddinci Məkan" adlı küçə rəqsini nümayiş etdirib. Sputnik Azərbaycan xəbər verir ki, bu performans Azərbaycan Dağınıq Oda (ADO) teatrının yaranmasının doqquzuncu ildönümünə həsr olunub. Lakin performans zorakılıqla dayandırılıb. Təxminən iki dəqiqəlik performansdan sonra özünü Heydər Əliyev Sarayının mühafizə rəisi kimi təqdim edən şəxs aktyorun nümayişinə mane olub.

Aktyor teatrların açılmağını tələb edib: "İnsanlara incəsənət lazımdır. Ən qədim dövrlərdən bütün dünyada incəsənətin inkişafı küçədən başlayıb. Hər şey küçədən başlayır. Təəssüf ki, Azərbaycanda küçə incəsənəti inkişaf etməyib. Mən də aktyor kimi buna kömək olmaq istəyirəm. Düşündüm ki, rənglərimlə başlaya bilərəm. İnsanlara sevgi və rəqs ötürmək istəyirəm.

"Mən haranısa yandırmıram, partlatmıram, pis işlə məşğul deyiləm. İncəsənət çox gözəldir. İndiki məqamda – pandemiya və müharibədən sonra insanlara incəsənət lazımdır. Məhz mən bunu edəcəyəm. Mən rəqsimi, mane olsalar da, baş tutmuş hesab edirəm", - deyə aktyor bildirib.

Bir neçə dəqiqə sonra polis əməkdaşları əraziyə gələrək məsələni həll etməyə çalışıblar və Elmin Bədəlov sərbəst buraxılıb.

Qeyd edək ki, aktyor və rejissor Elmin Bədəlov ilk müstəqil teatr - ADO və DAO-nun yaradıcısıdır. Xatırladaq ki, ADO teatrının kollektivi icarəyə götürdüyü məkanın aylıq haqqını ödəyə bilmədiyi üçün Milli Teatr Günündə küçəyə atılmışdı.

Əsas mövzular