Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun sənədli filmləri uğura imza atıb

© © Facebook / Celaleddin QasimovРежиссер Джалаладдин Гасымов во время съемок
Режиссер Джалаладдин Гасымов во время съемок - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Cəlaləddin Qasımovun filmlərindən biri bu ilin sentyabrında Moskvada keçiriləcək finalda ölkəmizi təmsil edəcək.

BAKI, 14 iyul — Sputnik. Azərbaycanda istehsal olunmuş "Stalinin qaranlıq keçmişi" və "Nobel qardaşlarının ilk uğuru" sənədli filmləri daha bir uğura imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.

"Nobel qardaşlarının ilk uğuru" filmi 11 ildir keçirilən "Light of the world" adlı Yaroslavl festivalının seçilmiş filmlər siyahısına daxil olub. Festival Rus Pravoslav kilsəsinin (Rubinsk Yeparxiyası) və Milli Müəllif Hüquqları Sahiblərinə Dəstək Fondu (Moskva) tərəfindən təşkil olunur.

Layihə 2021-ci ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçiriləcək. Festival, həmçinin Yaroslavl vilayətinin rəhbərliyi və Müasir Pravoslav Sənət və Rəsm Qalereyası tərəfindən dəstəklənir. Festivalın məqsədi gənclərin mənəvi, vətənpərvər tərbiyəsini təbliğ etməkdir.

"Stalinin qaranlıq keçmişi" filmi Moskvada 23 ildir keçirilən "International Film Festival of Detective Films and Television programs on Law-Enforcement themes Detective FEST" festivalında bütün mərhələləri keçərək, "Nominant"a layiq görülüb. Film bu ilin sentyabrında Moskvada keçiriləcək finalda ölkəmizi təmsil edəcək. Ekran əsəri 79 ölkənin 2300 filmi arasından "Nominant" olaraq seçilib.

"SSP Production" şirkətinin ekranlaşdırdığı "Stalinin qaranlıq keçmişi" filminin redaktoru Əkbər Qoşalıdır,  mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

"SSP Production" tərəfindən istehsal olunan "Nobel qardaşlarının ilk uğuru" sənədli filmi isə Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edir. Filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

Eləcə də oxuyun:

  • Arzu Əliyevanın baş prodüseri olduğu film İtaliyada nümayiş etdirilib

  •  Film tarixinin ən məşhur dəhşət filmlərindən birinin gəliri milyardı keçib - VİDEO

  •  Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda "Şərəf adı" medalına layiq görülüb

Xəbər lenti
0