Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur bloger Bakıya gəlib

© Photo : Instagram / gusein.gasanovГусейн Гасанов, фото из архива
Гусейн Гасанов, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Həsənov şəhər gəzintisinə çıxıb və fanatları ilə şəkillər çəkdirib. Daha sonra atasını görməyə gedən bloger göz yaşlarını saxlaya bilməyib.

BAKI, 9 iyul — Sputnik. Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, "Instagram"da 17,1 milyon izləyicisi olan Hüseyn uşaqlığının keçdiyi evə yollanıb. Qapını bağlı görən bloger həyətə darvazanın başına çıxaraq keçməyə çalışıb.

Həsənov daha sonra şəhər gəzintisinə çıxıb və fanatları ilə şəkillər çəkdirib. Atasını görməyə gedən bloger göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Rusiyanın ən məşhur blogeri sayılan Hüseyn 2017-ci ildə "İlin Kişi Blogeri" nominasiyasında "LF City Awards"-a layiq görülüb. Hər il izləyici sayında rekorda imza atan H.Həsənov Rusiya Federasiyası Prezidentinin Rusiya hakimiyyət orqanlarının "Instagram" və "YouTube" sosial şəbəkələrini bağlaması qərarı ilə bağlı Vladimir Putinə verdiyi sualla gündəmə gəlmişdi.

Xəbər lenti
0