Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kventin Tarantino təqribən bir əsrlik tarixi olan kinoteatrı alıb

© Jordan Strauss / Invision / APКвентин Тарантино, фото из архива
Квентин Тарантино, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Dörd yüz nəfərlik "Vista" kinoteatrının təqribən bir əsrlik tarixi var. İlk dəfə o, 1923-cü ilin oktyabrında açılıb. İllər keçdikcə burada həm vodevil, həm də film nümayişləri olub.

BAKI, 8 iyul — Sputnik. "Oscar" mükafatı laureatı Kventin Tarantino Los-Anceles şəhərində qədim "Vista" kinoteatrını alıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə məşhur rejissorun özü elan edib.

O, koronavirus pandemiyası səbəbi ilə bağlanan bir otaqlı kinoteatrın, ehtimal ki, bu ilin sonunda açılacağını bildirib.

"Sansetdəki "Vista"nı aldım. Ehtimal ki, Milada kimi açarıq. Orada həm köhnə, həm də yeni filmlər təqdim olunacaq. O, "New Beverly Cinema"ya (Tarantinonun daha bir kinoteatrı) oxşamayacaq, oranın öz atmosferi var. "Vista" - kral tacında gözəl bir mirvaridir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 400 nəfərlik "Vista" kinoteatrının təqribən bir əsrlik tarixi var. İlk dəfə o, 1923-cü ilin oktyabrında açılıb. İllər keçdikcə burada həm vodevil, həm də film nümayişləri olub.

Xatırladaq ki, məşhur aktyor "Oscar", "Qızıl Palma Budağı", "Qızıl Qlobus", həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları laureatıdır. Aktyorun anası Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb. Aktyorun karyerası 1990-ci illərdə müstəqil filmlərdən başlayıb.

Çəkildiyi məşhur filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003) filmlərin üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilir. Kventin Tarantino bu yaxınlarda onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.

Xəbər lenti
0