Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Animafilm" festivalından uşaqlara jest - bu dəfə onlar münsif olacaqlar

© Photo : The organizers of ANIMAFILM BakuЦеремония вручения наград победителям третьего Международного фестиваля ANIMAFILM
Церемония вручения наград победителям третьего Международного фестиваля ANIMAFILM - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
"Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi" müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

BAKI, 7 iyul — Sputnik. Oktyabrın 20-24-də Bakıda keçiriləcək IV "Animafilm" Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Sputnik Azərbaycan xəbər verir ki, uşaq münsiflər heyətinə üzvləri festivalın təşkilat komitəsi seçəcək.

Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.

Təşkilatçılar builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan ediblər. Belə ki, "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi" müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Münsif olmaq istəyənlər müraciətlərini avqustun 15-dək animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərməlidir.

Nəticələr avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.

"Animafilm" Beynəlxalq Animasiya Festivalı 2018-ci ildə gənc rejissor Rəşid Ağamalıyev tərəfindən təsis olunub. Rəşid Ağamalıyev Çexiyada kinematoqrafiya üzrə təhsil alıb. 2010-cu ildən kino səhəsinə gələn gənc rejissor və prodüser 2016-cı ildən etibarən animasiya filmləri ilə məşğuldur.

Eləcə də oxuyun:

  • Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

  • Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

  • Boşluğu doldurmaq: "Uşaqlar inciməsinlər. Heyvanlara tətbiq etdiyimiz üsulları..."

Xəbər lenti
0