Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Üzeyir Hacıbəylinin Şuşadakı heykəli necə görünəcək?

© Sputnik / Murad OrujovÜzeyir Hacıbəylinin heykəli
Üzeyir Hacıbəylinin heykəli - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Yeni abidə bəstəkarın 100 illiyi münasibəti ilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin sürəti əsasında yaradılır.

BAKI, 6 iyul — Sputnik. Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

Heydər Əliyev Fondundan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, hazırda Bakıda, emalatxanada heykəlin hazırlanması prosesi gedir.

Məlumata görə abidə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində qoyulacaq.

"Yeni abidə bəstəkarın 100 illiyi münasibəti ilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin sürəti əsasında yaradılır. Heykəl üzərində işlər 18 sentyabr – dahi bəstəkarın doğum günü və Milli Musiqi Günü ərəfəsinədək başa çatdırılmalıdır", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0