Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vin Dizel "Forsaj"ın müziklini yaratmağı planlaşdırır

© AP Photo / Evan AgostiniАктер Вин Дизель
Актер Вин Дизель - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Aktyor dəqiqləşdirib ki, "Forsaj"ın müziklini hazırlamaq istəyi güclü olmasına rəğmən, filmlər üzrə müziklləri o qədər də bəyənmir.

BAKI, 28 iyun - Sputnik. Amerikalı aktyor Vin Dizel The Kelly Clarkson Show verilişində bildirib ki, "Forsaj" kinosaqası haqda müzikl hazırlamaq fikrindədir.

"Mən müzikl hazırlamağı çox istəyirəm, yəni edərəm. Bütün ömrüm boyu müzikl hazırlamaq fikri ilə yaşamışam", - Vin Dizel deyib.

 

Aktyor az qala Stiven Spilberqin rejissoru olduğu, klassik amerika müzikli Guys and Dolls-un (Oğlanlar və Gəlinciklər) rimeykində çəkildiyini söyləyib. 

"Uzun müddət düşünürdüm ki, "Oğlanlar və Gəlinciklər"dəki Natan Detroyt rolu yenilənmə üçün maraqlı olar, o personajı Frenk Sinatra oynamışdı", - Dizel bildirib.

Aktyor dəqiqləşdirib ki, "Forsaj"ın müziklini hazırlamaq istəyi güclü olmasına rəğmən, filmlər üzrə müziklləri o qədər də bəyənmir, yəqin ki, Stiven Spilberqin "Vestsayd hekayələri" üzrə remeyki bitirəcəyi vaxtı gözləyəcək.

Qeyd edək ki, bu yaxınlarda "Forsaj-9"un dünya premyerası olub.

"Forsaj" kinosaqası

"Fast and furious" (Sürətli və qəzəbli) adlı ilk film 2001-ci il iyunun 18-də Amerikada kinoprokata çıxdı. Baş rollarını artıq  məşhurlaşmağa imkan tapmış Vin Dizel və çoxlarının tanımadığı Pol Uokerin paylaşdıqları film avtomobil ustaları, oğrular, sürət həvəskarları və dəstəni aşkara çıxarmaq istəyən polisin hekayəsindən bəhs edirdi. Sonra polis (Pol Uoker) özü də dəstəyə qoşuldu və bir neçə il dalbadal tamaşaçılar "Forsaj" saqasından olan filmlərə maraqla tamaşa etdilər. Saqa çəkildikcə oraya məşhur aktyorlar cəlb olundular, xüsusi effektlərin də həcmi artdı. 

Hər kəs 2014-cü ildə saqanın fenomeni olan Pol Uokerin faciəli surətdə qəzada həlak olmasından sonra filmin yarımçıq qalacağını düşünsə də, "Forsaj-7" onun qardaşının iştirakı ilə çəkildi. Sonradan isə filmin daha iki bölümü işıq üzü gördü.

 

Xəbər lenti
0