Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada məşhurlaşan azərbaycanlı: "Heç yanda işləmirəm, amma mənə pul verirlər"

© Photo : Instagram / jony.meJony (Джахид Гусейнли)
Jony (Джахид Гусейнли) - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Populyar müğənni həyatı boyu valideynlərinin məsləhətlərinə qulaq asmağı düşünür, çünki bunlar dəfələrlə ona kömək olub.

BAKI, 8 iyun - Sputnik. Azərbaycan əsilli rusiyalı müğənni Jony (Cahid Hüseynli) ideal qadının necə olduğu barədə təsəvvürə malik deyil.

Bu barədə ifaçı Raava Music prodakşnına müsahibəsində deyib. "Həqiqət, ya da Hərəkət" oyununda iştirak edən Jony pərəstişkarlarının suallarının çoxunu cavabsız buraxaraq hərəkəti seçib. Suallar şəxsi həyatına və sənətinə aid olub.

Jony-nin sözlərinə görə, müğənnilik karyerasında müsbət cəhətlər üstünlük təşkil edir. 

"Məndən soruşanda ki necəyəm, işdən yorulmuşammı, cavab verirəm ki, heç yanda işləmirəm, işsizəm. Sadəcə mənə xoş gələn işi görürəm, üstəlik, hələ mənə pul da verirlər. Bütün işlərdə mənfi cəhətlər var. Elə etmək lazımdır ki, iş daha çox həzz gətirsin. O zaman hər şey ahəngdar olacaq", - Jony deyib.

Cahidin həyatında valideyn məsləhəti böyük rol oynayıb. O, uşaq yaşlarından ata-anasını dinlədiyini deyib. Atasının "heç kimi müzakirə etməmək", anasının isə heç zaman təslim olmayaraq irəli getmək barədə nəsihətlərinə indi də əməl edir. Müğənni hesab edir ki, hətta 50-60 yaşı olanda da valideynlərindən məsləhət alacaq.

"Musiqi, sevgi, dostlar, pərəstişkarların şərhləri məni ruhlandırır. Sevgi barədə deyə bilərəm ki, ideal qadın obrazı haqda təsəvvürüm yoxdur. Mənim üçün ideal qız - aşiq olduğum qız olacaq. Bəlkə, sarışın, bəlkə, qaraşın olacaq, mənfi-müsbət xasiyyətləri olacaq. Parametr haqda fikirləşməyin mənası yoxdur. Sevgi qəfil gəlir", - Jony deyib.

Jony-nin Rusiyada uğuru

Cahidin dörd yaşı olanda valideynləri ilə Rusiyaya köçüb. Deyir ki, populyarlığında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" festivalında çıxış edib.

Artist azərbaycanlı ifaçı Elman Zeynalovun əsasını qoyduğu Raava Music musiqi leyblına daxildir. 2019-cu ildə Vkontakte-nin versiyasına görə, Jony "İlin tapıntısı" adlandırılıb, onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu qazanıb. 2020-ci ildə "Səma qızılgülləri" ("Небесные розы") albomu məşhur olub. Bu günlərdə Muz-TV-nin "Ən yaxşı mahnı" nominasiyasında mükafatını qazanıb. Populyar "Maska" şousunda isə həmyerlisi, opera ulduzu Yusif Eyvazovu qabaqlayaraq birinci yeri tutub.

Eləcə də oxuyun:

  • Yusif Eyvazov onu xəstəlikdən qoruyan üç min illik məcunun sirrini bölüşdü

  • Rusiyanın məşhur şousunun qalibi azərbaycanlı oldu - VİDEO

  • Samirə Efendi Norveç təmsilçisinə "hə" deyib - sosial şəbəkə bundan danışır - VİDEO

  • Pop ulduz Özbəkistandan gələn milyonluq təklifi rədd etdi

 

Xəbər lenti
0