BAKI, 26 may — Sputnik. "Netflix"-in ən populyar telelayihələrindən olan "La Casa De Papel" (Kağız ev) serialının növbəti mövsümünün tanıtım videoçarxı təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bundan başqa, fenomen ekran əsərinin yayım tarixləri də açıqlanıb. Bu barədə "La Casa De Papel" serialının "Twitter" hesabında məlumat verilib.
Bir cepheyi kaybettiler. Savaşı kazanacaklar mı?
— Netflix Türkiye (@netflixturkiye) May 24, 2021
5. Sezon 1. Kısım 3 Eylül.
2. Kısım 3 Aralık.
Sadece Netflix'te #LCDP5 pic.twitter.com/hVxJQXyD26
Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.