03:14 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
MƏDƏNİYYƏT
Qısa URL
5

Hər il keçirilən beynəlxalq forum bu dəfə 50-yə qədər rəssamı cəlb edib. 3 gün ərzində iştirakçılarla maraqlı yaradıcılıq tədbirləri keçiriləcək, Heydər Əliyev muzeyi, Əshabi-Kəhf kompleksi, Duzdağ mağarası və digər tarixi-mədəniyyət yerləri ziyarət olunacaq.

BAKI, 25 may — Sputnik. "Naxçıvan-bəşəriyyətin beşiyi" V Beynəlxalq Rəsm Festivalı start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın açılış mərasimi Əcəmi parkında keçirilib.

Daha sonra tədbirin yaradıcılıq hissəsi başlayıb. Tədbirin təşkilatçısı olan Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, festivalın Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunduğunu bildirdi.

Hər il keçirilən beynəlxalq forum bu dəfə 50-yə qədər rəssamı cəlb edib. 3 gün ərzində iştirakçılarla maraqlı yaradıcılıq tədbirləri keçiriləcək, Heydər Əliyev muzeyi, Əshabi-Kəhf kompleksi, Duzdağ mağarası və digər tarixi-mədəniyyət yerləri ziyarət olunacaq.

Yerli rəssamlarla yanaşı festivalda Türkiyə, Rusiya, İran, Özbəkistan, Türkmənistan, Kosovo, Misirdən olan sənət ustaları da iştirak edirlər. Lakin pandemiya və tətbiq olunan karantin məhdudiyyətləri səbəbindən onlar tədbirə onlayn qatılaraq rəsmlərinin fotolarını göndəriblər. Rəsmlərin əsli isə müəllifləri ilə birlikdə gələn il VI festival zamanı Azərbaycana gələcək.

Qeyd edək ki, festivalın təşkilində Naxçıvan Ali Məclisinin yanında Bilik Fondu böyük dəstək göstərib.

Əsas mövzular