CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aktrisa Həmidə Ömərova vəzifəyə təyin olunub

© Photo : Instagram / hamidaomarovaXalq artisti Həmidə Ömərova
Xalq artisti Həmidə Ömərova - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Qeyd edək ki, "Tədris Kinoaktyor Teatr" layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmaqdan ibarət olacaq.

BAKI, 25 may — Sputnik. Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçildi.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İttifaqın rəsmi saytında məlumat verilib. Bildirilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının belə bir addım atmasının əsas səbəbi kinoaktyorların rastlaşdığı problemlərlə daha yaxından tanışlıq və problemlərin həlli üçün təşəbbüslər göstərmək üçündür. Kinoaktyorların işsizlik və qonorarların aşağı olması, əmək hüquqlarının pozulması belə problemlərdəndir. Bu problemlərin həlli istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüslərindən biri "Tədris Kinoaktyor Teatr"ının yaranmasıdır. İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, "Tədris Kinoaktyor Teatr" layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, eyni zamanda yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmaqdan ibarət olacaq.

Məlumat üçün bildirək ki, Həmidə Ömərova Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "ABŞ kinosu: 1895 -1945-ci illər", "Amerika kino tarixi" tədris vəsaitlərinin müəllifidir. Respublikanın Xalq artisti, ADMİU-nun professorudur.

Həmçinin oxuyun: 

* Həmidə Ömərova professor oldu

* Həmidə Ömərova: "Mən öləndən sonra xoşbəxt idim"

Xəbər lenti
0