Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anar Kərimovdan Azərbaycanda kino sənayesinin inkişaf etdirilməsi ilə bağlı açıqlama

© Sputnik / Kemale AliyevaМинистр культуры Азербайджана Анар Керимов, фото из архива
Министр культуры Азербайджана Анар Керимов, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması nəzərdə tutulub

BAKI, 23 may — Sputnik. "Əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə ölkəmizdən və xaricdən investisiyalar cəlb etmək, özəl sektorla işləri qurmaq və insan resurslarına diqqəti gücləndirmək, bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Azərbaycanda kino sənayesinin inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə danışan nazir deyib: "Planımızda ilk sırada olan məsələ Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılmasıdır. Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Eyni zamanda, kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması da nəzərdə tutulub. Bu bizə imkan verəcək ki, xarici kino şirkətləri öz filmlərini Azərbaycanda çəksinlər. Təbii ki, bu, həm də ölkəmizə sərmayə gətirəcək".

Xəbər lenti
0