19:34 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
19

İslandiya təmsilçisi "Daði og Gagnamagnið" qrupu canlı çıxış etməyəcək. Buna səbəb qrup üzvlərinin koronavirusa yoluxmasıdır. Müsabiqədə ölkəsini "Think about things" mahnısı ilə təmsil edən qrupun ikinci yarımfinalda məşq görüntüləri yayımlanacaq

BAKI, 20 may — Sputnik. Bu gün "Avroviziya 2021" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, 17 ölkənin təmsilçisi Rotterdamda öz şousunu nümayiş etdirəcək. Onlar arasında San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka yer alıb.

İslandiya təmsilçisi "Daði og Gagnamagnið" qrupu canlı çıxış etməyəcək. Buna səbəb qrup üzvlərinin koronavirusa yoluxmasıdır. Müsabiqədə ölkəsini "Think about things" mahnısı ilə təmsil edən qrupun ikinci yarımfinalda məşq görüntüləri yayımlanacaq.

Müsabiqə İTV-də canlı yayımlanacaq.

Həmçinin oxuyun:

Qeyd edək ki, Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edən Samirə Efendi birinci yarımfinalda çıxış edib. O, finala vəsiqə qazanan ölkələr sırasında yer alıb.

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

Rusiyada "Eurovision-2021"də səslənəcək mahnı ilə bağlı araşdırma başlanılıb

Əsas mövzular