Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı gimnast sevgilisinə dinamik təqdimat etdi - FOTO

© Photo : Instagram / samira__mustafaeva Самира Мустафаева
 Самира Мустафаева  - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Azərbaycanlı gimnast Samirə Mustafayeva sevgilisi, biznesmen David Tarieloviçlə Ninja seriyasının ən sürətli motosiklində şəkillər çəkdirib.

BAKI, 11 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı gimnast Samirə Mustafayeva sevgilisi, biznesmen David Tarieloviçlə fotolar çəkdirib. Fotosessiyada Ninja seriyasının ən sürətli modeil Ninja H2R motosiklindən istifadə olunub.

Sputnik Azərbaycan bildirir ki, Mustafayeva şəkilləri sosial şəbəkədəki səhifəsində paylaşıb.

Gimnast bir neçə ay əvvəl həyat yoldaşı - rusiyalı biznesmen Nikolay Kondratyukdan ayrılıb. O, sevgilisini izləyicilərindən uzun müddət gizlədib, çünki çoxları onun boşandığını heç bilmirdilər də. Bu fotosessiya ilə idmançı şəxsi həyatı ilə bağlı şayiələrə son qoymaq qərarına gəlib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Samira Mustafaeva (@samira__mustafaeva)

Fotolar Moskvada çəkilib. Çəkilişdə istifadə olunan Ninja H2R modeli 354 km/saat sürət yığa bilir. 

Azərbaycanlı idmançı Samirə Mustafayeva komanda birinciliyində dəfələrlə dünya çempionatının mükafatçısı, Sankt-Peterburqun mütləq çempionu, Rusiya idman ustası, FIG versiyasına görə, dünya səviyyəli gimnastdır.

Azərbaycan yığmasında çıxış edib, daha sonra Rusiya yığmasının tərkibinə qatılıb. Karyerasını 2013-cü ildə başa vurub və hazırda Moskvada yaşayır. 2019-cu ildə Mustafayeva rusiyalı biznesmen Nikolay Kondratyuka ərə gedib. Təxminən bir ildən sonra cütlük bilinməyən səbəblərdən ayrılıb.

Xəbər lenti
0