Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səksənlərin məşhur "Çovqan" verilişinin aparıcısı vəfat edib

© Photo : Courtesy of Farhad AbdullayevFərhad Abdullayev
Fərhad Abdullayev  - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Televiziya sahəsində bir çox yeniliklərə imza atan mərhum jurnalist "Çovqan" verilişi ilə yanaşı, "İdman həftəsi" verilişi, "İdman" və "Sport" qəzetlərində işləyib.

BAKI, 7 may — Sputnik. Ötən əsrlərin 80-ci illərində 7-dən 77-dək hər kəsin sevə-sevə izlədiyi verilişlərdən biri "Çovqan" verilişinin yaradıcısı və aparıcısı Fərhad Abdullayev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, televiziya sahəsində bir çox yeniliklərə imza atan mərhum jurnalist "Çovqan" verilişi ilə yanaşı, "İdman həftəsi" verilişi, "İdman" və "Sport" qəzetlərində işləyib. Mərhum son illər tərcümə mərkəzində tərcüməçi-redaktor kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Xəbər lenti
0