18:14 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
12

Yunus Əmrə İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda "Tarixi həqiqətləri təhrif edənlərə Azərbaycandan bir cavab" sözləri əks olunub. Eyni zamanda, həmin marşdakı "Cihan yıkılsa, Türk yılmaz!" sözləri xüsusi olaraq vurğulanır.

 

BAKI, 5 may — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində maraqlı layihəyə imza atıb.

Muğam Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin ƏhmədovAlmaxanım Əhmədlinin ifa etdiyi "Türk Yılmaz Marşı"nın sözləri və musiqisi Kazım Karabekir Paşaya aiddir.

Yunus Əmrə İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda "Tarixi həqiqətləri təhrif edənlərə Azərbaycandan bir cavab" sözləri əks olunub. Eyni zamanda, həmin marşdakı "Cihan yıkılsa, Türk yılmaz!" sözləri xüsusi olaraq vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra ölkələrin müvafiq qurumları, mədəniyyət və incəsənət təşkilatları ilə beynəlxalq əlaqələri fəal şəkildə genişləndirir. Hazırda dünyanın nüfuzlu musiqi təşkilatları sırasında BMM-in də öz yeri var. Bu təşkilatlar tərəfindən BMM-in fəaliyyəti təqdir edilir, ikitərəfli layihələrə imza atılır.

Əsas mövzular