Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakının "Dünya Kitab Paytaxtı" olması bizə nə verir - Yazarlarla naşirlər pessimistdirlər

© Sputnik / Murad OrujovВид на телебашню и Flame Towers в Баку
Вид на телебашню и Flame Towers в Баку - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Gələcəkdə Bakının "Dünya kitab paytaxtı" (World Book Capital) elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Gələcəkdə Bakının "Dünya kitab paytaxtı" (World Book Capital) elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək. Bunu "Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu" mövzusunda keçirilən konfransda Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov deyib. O bildirib ki, Bakı şəhərinin "Dünya Kitab Paytaxtı" nominasiyasına namizədliyinin irəli sürülməsi istiqamətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən işlər aparılır. Bəs görəsən Bakının "Dünya kitab paytaxtı" elan edilməsi ölkəmiz üçün hansı töhfə verə bilər? "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, ilk növbədə kitab vergidən azad olmalıdır: "Kitabı əlçatan etmək lazımdır. Kitab hər yerdə olmalıdır. O boyda Bakı Dövlət Universitetinin qarşısında kitab dükanı yoxdur. Kitabxanasına sonuncu dəfə BDU kitab alıb, bəlli deyil. Gələn il "Dünya kitab paytaxtı" Gürcüstan elan ediləcək. Kitabla bağlı olan hər bir addımı yüksək qiymətləndirirəm. Amma bu dəqiqə Azərbaycan kitabının vəziyyəti elə ağır durumdadır ki, bununla bağlı konkret addımlar atılmalıdır. Bunun üçün mütləq kitab, kitab kağızı, mətbəə avadanlıqları vergidən azad olmalıdır. Necə ki, Türkiyədə, Gürcüstanda bu belədir. Avropada 80 ölkədən hardasa 60-ı ƏDV-ni yığışdırıb. Demək istədiyim odur ki, kitaba xüsusi yanaşma sərgilənməldir".

Kənan İmirzalıoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2021
MƏDƏNİYYƏT
Türkiyənin Azərbaycan əsilli məşhur aktyoru kənd uşaqları üçün kitabxana açdırır

Şair Eminquey Akif də məsələyə münasibətini bildirdi: "Azərbaycanda kitab sənayesi və oxucusu ilə bağlı problemlər göz önündədir. Ölkədə barmaq sayı qədər kitab nəşriyyatı, elə bir o qədər də kitab mağazası var. Hal-hazırda öz müəlliflərimizin əsərləri və eləcə də şairlərimizin, yazıçılarımızın bir çoxusu da zirzəmilərdə ömür-gün sürür. Bunun səbəblərindən dəfələrlə danışılıb deyə təkrara yol vermək istəmirəm. Bakının "Dünya kitab paytaxtı" (World Book Capital) elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək. Lap yaxşı. Amma UNESCO bizi qəbul edəcəkmi? Aprelin 23-də Tbilisi "Dünyanın kitab paytaxtı" seçiləcək. Özü də bu statusu Malayziyanın paytaxtı Kuala-Lumpurdan təhvil alacaq. Tiflisə baxıb həvəsə düşmüşük deyəsən".

"Əgər ölkənin kitab bazarı bərbad gündədirsə, yazıçısı, şairi öz ölkəsində xarici müəlliflərin kölgəsində qalırsa, kitab oxumaq yox, yüngül həyat tərzi təbliğ olunursa, ədəbiyyatı sosial şəbəkələrin ümidinə qalıbsa, insanları kitabdan, fərq etmir, ədəbiyyat olmasın, digər sahələr üzrə olsun – kitabdan min ağac uzaq düşübsə, "Dünyanın kitab paytaxtı" elan olunsan nə, olunmasan nə?! Biz beləyik də. Boğazımızdan kəsib bahalı geyimlər geyinirik, bahalı maşınlar sürürük, təki qıraqdakılar görsün ki, babat yaşayırıq. Eynən bu da o cür. Qoy hamı Bakını "Dünyanın kitab paytaxtı" kimi tanısın. Kitab oxumasaq da olar" - E.Akif fikrini tamamladı.

Kitbaxanaçı Nazlı Əliyeva - Sputnik Azərbaycan, 1920, 12.04.2021
CƏMİYYƏT
Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

Məsələ ilə bağlı Mədəniyyət nazirliyinin mətbuat xidmətindən bildirilir ki, hər hansı bir şəhərin Ümumdünya Kitab Paytaxtı elan edilməsi, şəhərin bu sahə üzrə simvolik olaraq qiymətləndirilməsi məqsədini daşıyır və il ərzində UNESCO himayəsi altında çoxsaylı ədəbi və mədəni tədbirlərin keçirilməsinə imkan yaradır: "Şəhər müəyyən edilmiş bir il üçün 23 apreldən növbəti ilin 22 aprelinə qədər bu titula sahib ola bilər. Bu il ərzində həmin şəhər kitablar, ədəbiyyat və oxu sahəsində çoxlu sayda tədbir təşkil etməyi və keçirməyi öhdəsinə götürür. Fəaliyyət proqramı yerli və milli kitab sənayesini bir araya gətirir, kitabları və kitab mədəniyyətini ictimaiyyətin diqqətinə çatdırır. Kitabla əlaqəli qurumlar üçün sponsorluq və əlavə maliyyə cəlb edilir. Proqram savadlılıq və oxu məsələləri, kitabxanalar və kitab mağazalarına aid məlumatlılığı artırır və canlı kitab mədəniyyətinin ümumi üstünlüklərini vurğulayır. Ümumdünya Kitab Paytaxtı titulundan eyni zamanda turizmi təbliğ etmək və şəhərin, ümumilikdə xalqın ədəbi irsinə milli və beynəlxalq diqqəti cəlb etmək üçün istifadə olunur".

Qeyd edək ki, UNESCO 1996-cı ildə təsis edilmiş Ümumdünya Kitab və Müəlliflik hüququ gününün qeyd edilməsi çərçivəsində Ümumdünya Kitab Paytaxtının təsis olunması təşəbbüsünü irəli sürüb və 2001-ci ildə Madrid şəhəri ilk "Ümumdünya Kitab Paytaxtı" seçilib. Bu təcrübəyə uyğun olaraq, UNESCO Baş konfransı 2001-ci ildə Ümumdünya Kitab Paytaxtı nominasiyasının hər il təsdiq edilməsinə qərar verib.

Xəbər lenti
0