Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq Müsabiqəyə əsərlərin qəbulu davam edir

© Sputnik / Shahperi AbbasovaÜzeyir Hacıbəyovun heykəli
Üzeyir Hacıbəyovun heykəli - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Abunə olmaq
Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı iyulun 1-dək qəbul olunacaq. Avqustun 15-dək münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək.

 

BAKI, 29 aprel — Sputnik. Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən elan edilmiş Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi davam edir. Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən müsabiqənin məqsədi bu təhsil və mədəniyyət ocağının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsindən, onun musiqi irsinə yeni həyat verilməsindən, eyni zamanda, əsərlərini plagiatdan qorumaq və Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdən ibarətdir.

Arslan Novrasli - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqədə dünyanın bütün ölkələrindən bəstəkarlar iştirak edə bilər. Hər bir iştirakçı müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməlidir. Əsərlər münsiflər heyətinə audioyazı və PDF faylı şəklində təqdim ediləcək. Müsabiqədə iştirak edən əsərin başlığında Üzeyir Hacıbəylinin və bəstəkarın əsərinin adı qeyd olunacaq.

Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı iyulun 1-dək qəbul olunacaq. Avqustun 15-dək münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək. Sentyabrın 18-də - Üzeyir bəyin doğum günündə müsabiqəyə yekun vurulacaq. Müsabiqənin ümumi mükafat fondu 3500 dollardır. I yerin sahibinə 2000 dollar, II yerə 1000 dollar və III yerə 500 dollar pul mükafatı və diplomlar təqdim olunacaq.

Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçiriləcək Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

Noyabrın 5-də Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti Nyu-Yorkun Linkoln Mərkəzində keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunaraq dünyada geniş yayılacaq.

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan-Amerika Musiqi Fondu, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi kömək göstərir.

Professor Nərgiz Əliyarova, həmçinin təəssüflə qeyd edib ki, dahi bəstəkarın bəzi əsərləri bir sıra erməni bəstəkarları tərəfindən plagiata uğrayıb. Bu hallara qarşı mübarizənin ən səmərəli yolu sənətkarın səhnə əsərlərinin melodiyaları əsasında dünya bəstəkarlarının yeni, müasir əsərlər yaratması olardı.

Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.04.2021
MƏDƏNİYYƏT
UNESCO Azərbaycan Dövlət Akademik Musiqili Teatrının layihəsinə "hə" dedi

Bu halda Üzeyir Hacıbəylinin melodiyalarının oğurlanmasının qarşısı xeyli dərəcədə alınmış olar.

Bəstəkarın yaradıcılığında əsas yeri onun səhnə əsərləri – operaları və operettaları tutur. Səhnə əsərinin dünya teatrlarında qoyulması son dərəcə çətin və bahalı prosesdir. Bu əsərlərin melodiyalarına yazılmış kiçik musiqi qrupu üçün instrumental əsərlərin (fortepiano solo, fortepiano-violonçel, fortepiano–skripka, trio, kvartetlər və s.) isə dünyada ifasını təşkil etmək daha asan və təqdirəlayiqdir. Müsabiqə bu məqsədə çatmağa yardımçı vasitə ola bilər.

Yeni əsərlərin yaranması Üzeyir Hacıbəylinin musiqisinin təbliğində mühüm rol oynayacaq. Xarici bəstəkarlar onun yaradıcılığını yaxından öyrənərək, mövzularına musiqi bəstələyəcəklər.

Həmçinin yeni əsərləri çalan əcnəbi ifaçılar bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olacaq.

Layihə Azərbaycan musiqisinin ermənilər tərəfindən oğurlanmasının qarşısının alınması və həmçinin Üzeyir Hacıbəylinin musiqisinin dünyada təbliği üçün zəruridir. Bu layihə xaricdə yaşayan həmvətənlərimizi bir ali məqsəd ətrafında - Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən plagiata uğramasına qarşı mübarizədə daha sıx birləşdirəcək.

Müsabiqə haqqında Nyu-York şəhərində çıxan "Musical America" jurnalında və həmçinin "Musicchairs" saytında elan dərc olunub.

Qaliblərdən biri və ya bir neçəsi azərbaycanlı bəstəkar olarsa, onun dünya səhnələrində əsərlərinin səslənməsi bəstəkara beynəlxalq arenaya qapı açacaq.

Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi layihəsinin ən dəyərli cəhəti onun təsirinin gələcək onilliklərdə də davam etməsidir. Bu layihə nəticəsində Üzeyir bəyin melodiyalarından qaynaqlanan və milliyyətcə müxtəlif bəstəkarlar tərəfindən yazılan əsərlər dünyada yayılacaq. Hər bir bəstəkar öz ölkəsində həmin əsəri təbliğ etməyə, onu dəfələrlə ifa etməyə çalışacaq.

Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 01.04.2021
MƏDƏNİYYƏT
Cavanşir Quliyev: Musiqimiz də, dinləyicimiz də keyfiyyətsizləşir

Həmçinin Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti bu müsabiqənin mütəmadi keçirilməsini təmin edəcək. Sonrakı illərin müsabiqələri üçün artıq mövzular hazırlanıb.

Qeyd edək ki, müsabiqənin mövzuları sırasına ermənilər tərəfindən plagiata uğramış Azərbaycan folklor və bəstəkar əsərlərinin melodiyaları əsasında yeni bəstələr; unudulmuş qədim Azərbaycan rəqslərinin melodiyaları əsasında yaranan yeni əsərlər və Fikrət Əmirovun melodiyaları əsasında yeni əsərlər daxildir.

Müsabiqədə iştirakla bağlı ətraflı məlumat https://nmgcs.co/competition-about/ linkindən əldə etmək olar.

Xəbər lenti
0