14:11 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
27 0 0

"Dostlarının 200 manat pulu olmadı ki, bir çələng göndərsin? Ayıb olsun Baloğlana dostum, qardaşım deyənlərə. Məzarının üstünü çiçəklərə qərq edə bilməzdilər?"

BAKI, 28 aprel — Sputnik. Aparıcı Tarix Əliyev (Tolik) ötən gün dünyasını dəyişən Baloğlan Əşrəfovla bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı "Instagram" hesabında Əməkdar artistin məzarını paylaşaraq onun məzarından utandığını qeyd edib: "Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn olunma mərasiminə baxanda bir çələng görmədim. Dostlarının 200 manat pulu olmadı ki, bir çələng göndərsin? Ayıb olsun Baloğlana dostum, qardaşım deyənlərə. Məzarının üstünü çiçəklərə qərq edə bilməzdilər? Baloğlan müəllimin xətrini çox istədiyim üçün pis təsir etdi mənə. Fani dünya".

Xatırladaq ki, Əməkdar artist ötən gün doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb. Sənətçi koronavirusdan vəfat edib.

Əsas mövzular