Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

2021-ci ilin "Oscar" mükafatçıları məlum olub

© AP Photo / Lewis JolyСтатуя Оскара, фото из архива
Статуя Оскара, фото из архива  - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
"Köçərilərin torpağı" filmi bir qədər əvvəl Britaniya kino akademiyasının eyni vaxtda dörd nominasiya üzrə BAFTA mükafatına, həmçinin 77-ci Venesiya kino festivalı və "Qızıl qlobus" mükafatına layiq görülüb.

BAKI, 26 aprel — Sputnik. Los-Anceles şəhərində AВŞ kino akademiyasının ənənəvi "Oscar" mükafatı təqdimatının 93-cü mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, kino mütəxəssisləri ilin ən yaxşı rejissoru adına Xloyu Çjaonu layiq görərək onun "Köçərilərin torpağı" əsərini mükafatlandırıblar.

Qeyd edək ki, adı çəkilən film bir qədər əvvəl Britaniya kino akademiyasının eyni vaxtda dörd nominasiya üzrə BAFTA mükafatına layiq görülüb. "Köçərilərin torpağı" həmçinin 77-ci Venesiya kino festivalı və "Qızıl qlobus" mükafatını da alıb.

Qeyd edək ki, Xloyu Çjalo tarixdə "Oscar"a sahib olmuş ikinci qadın-rejissordur. Bu nüfuzlu mükafata layiq görülmüş ilk qadın-rejissor isə "Fırtınanın hakimi" filminin müəllifi Ketrin Biqelou olub.

"Ən yaxşı qadın rolu"na görə mükafata "Köçərilərin torpağı" filmində işini itirərək öz avtofurqonunda ABŞ-da səyahətə çıxmış 60 yaşlı dul qadın obrazını canlandırmış aktrisa Frensis Makdormand layiq görülüb.

Entoni Hopkins karyerasında ikinci dəfə ilin ən yaxşı aktyoru kimi "Oscara" layiq görülüb. Bu dəfə ahıl aktyora mükafatı "Ata" filmində oynadığı rol gətirib. Xatırladaq ki, ilk dəfə bu mükafatı aktyor "Quzuların səssizliyi" trillerində oynadığı rola görə 1992-ci ildə layiq görülüb. Ümumilikdə 83 yaşlı aktyor altı dəfə bu mükafatın nominantı olub.

İlin ən orijinal ssenarisinə görə mükafat "Ümidverici qız" filminin mülliflərindən biri olan Emirald Fennelə təqdim olunub.

İlin ən yaxşı xarici filmi nominasıyasında "Oscar" "Bir daha" filminə görə danimarkalı rejissor Tomas Vinterberqin bəxtinə düşüb. İlin ən yaxşı animasiya filmi isə "Ruh" filmi seçilib.

Cari ilin ən yaxşı sənədli filmi isə "Mənim müəllimim – səkkizayaqlı" filmi seçilib.

"İkinci planda ən yaxşı aktrisa" nominasiyasında mükafat "Minari" filmində oynadığı rola görə cənubi koreyalı aktrisa Yun Yo-cona qismət olub. Ən yaxşı operator işi və dekorasiyalarına görə isə ən yaxşı film "Mank" ağ-qara filmi seçilib.

"İuda və qara məsih" filmində ifa olunan "Fight for You" kompozisiyası ilin ən yaxşı kino mahnısı elan olunub.

Xatırladaq ki, "Oskar" mükafatının fevral ayında keçirilməli olan 93-cü təqdimat mərasimi koronavirus pandemiyası ucbatından iki ay təxirə salınıb. Budəfəki təqdimat mərasimində cəmi 170 nəfər insan iştirak edib.

Xəbər lenti
0