CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kino karyerasına başlamaq istəyənlər üçün əla fürsət

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan, 1920, 15.04.2021
Abunə olmaq
Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, "Niyə məhz sən?" sualını cavablandırmaq lazımdır.

BAKI, 15 aprel — Sputnik. "Debüt" Film Studiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən INTERACT kino tədrisi laboratoriyası çərçivəsində "INTERNact!" təcrübə proqramına start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi film sənayesində çalışa biləcək gənc mütəxəssislər hazırlamaqdır. Proqram aprel ayında çəkiliş meydançasında ilkin biliklərin öyrədilməsi ilə başlanacaq. Növbəti mərhələdə isə, may ayından başlayaraq, gənclər həm milli, həm beynəlxalq qısa və tammetrajlı film çəkilişlərində təcrübəçi olaraq işə başlayacaqlar.

Gənclər kino karyerasının ilk addımlarını 4 əsas istiqamətdə atacaqlar. "Rejissor", "Prodüser", "Kamera və işıq", "Rəssam" departamentlərində təcrübəçi-assistent kimi çalışaraq həm praktiki biliklər qazanacaq, həm də bu sahənin ən yaxşı mütəxəssisləri ilə əlaqə qura biləcəklər.

Müraciət üçün motivasiya məktubu, CV və görülmüş işlərdən nümunələr tələb olunur. Həmçinin hər hansı yazılı nümunələr, vizual işlər və s. qəbul edilir.

Maksimum 200 sözdən ibarət motivasiya məktubunda öz məqsədini qeyd edib, "Niyə məhz sən?" sualını cavablandırmaq lazımdır.

Qeydiyyat üçün keçid: https://debutfilms.az/interact

Xəbər lenti
0