17:35 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
9740

"Forsaj" (The Fast and the Furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmlərdən ibarətdir. Bu filmlər 2001-2017-ci illərdə istehsal olunub.

BAKI, 14 aprel - Sputnik. "The Fast and the furious" (Sürətli və acıqlı) saqasından olan "Forsaj 9" filminin ikinci treyleri yayılıb.

Sputnik Azərbaycan bildirir ki, ekrana çıxma vaxtları dəyişdirilən filmin tanıtım çarxında 2021-ci ilin iyunun 25-i qeyd olunub. 

Epizodlarından biri Tbilisi küçələrində çəkilən filmdə Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Kris "Ludakris" Brics, Natali Emmanuel, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzların rol aldığı qeyd olunur.

"Forsaj" (The Fast and the Furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmlərdən ibarətdir. Bu filmlər 2001-2017-ci illərdə istehsal olunub. "Forsaj" filmləri "Universal Pictures" studiyasının ən böyük və gəlirli layihəsi hesab olunur. Bu filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçir.

 

Teqlər:
video, "Forsaj", The Fast and the Furious, film

Əsas mövzular