11:57 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
10 0 0

"Aporiya: Qiyamət təcrübəsi" filmi müəllifə böyük uğur gətirib. Cabbarov bir çox Türkiyə və ABŞ şirkətləri ilə müqavilələr imzalayıb. Rəvan Cabbarovun filmi onlayn formatda keçirilən beynəlxalq layihədə təqdim olunub

BAKI, 14 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanda çəkilmiş "Aporiya: Qiyamət təcrübəsi" adlı ilk qorxu filmi Brüsseldə keçirilən beynəlxalq fantastik filmlər festivalında nümayiş olunub. Bu barədə Sputnik Azərbaycan-a filmin rejissoru və ssenari müəllifi Rəvan Cabbarov məlumat verib.

Onlayn formatda keçirilən festivalda müxtəlif ölkələrdən olan müəlliflərin filmləri təqdim olunub.

"Aporiya: Qiyamət təcrübəsi" filmi müəllifə böyük uğur gətirib. Belə ki, Cabbarov bir çox Türkiyə və ABŞ şirkətləri ilə müqavilələr imzalayıb.

Adı çəkilən film həmçinin ən iri video-servislərdən biri olan "Amazon Prime" kinoteatrında da nümayişə çıxarılıb.

Qeyd edək ki, filmin çəkilişləri 2018-ci ilin avqustun 1-də başlanıb və 2019-cu ildə başa çatıb. Bütün səhnələr Azərbaycanın ən gözəl guşələrindən biri olan Şəki rayonu ərazisində lentə alınıb. Filmdəki rolları Şəki Dramatik Teatrının və Zaqatala Xalq Teatrının müsabiqə əsasında seçilmiş aktyorları ifa ediblər.

Əsas rolları Aysel Yusibova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rəhim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa ediblər.

Filmin süjetinə görə, silahlı bir dəstə üzərlərində səhv təcrübələr aparılmış insanları məhv etməyə çalışır. Pasiyentləri hansısa səhralığa gətirərək orada güllələyirlər. Lakin işlər plan üzrə getmir.

Film 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulub. Əsər Azərbaycan dilində çəkilsə də, artıq türk və ingilis dillərinə tərcümə olunub.

Əsas mövzular