BAKI, 14 aprel — Sputnik. BAFTA - 2021 mükafatlandırma mərasimi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, tarixdə ilk dəfə olaraq mərasim iki gün çəkib.
"24 Kanal" bununla bağlı siyahını təqdim edib:
Ən yaxşı film — "Nomadland"
Ən yaxşı aktrisa — Frensis Makdormand, "Nomadland"
Ən yaxşı aktyor — Entoni Hopkins, "The Father"
Ən yaxşı rejissor — Xloya Çjao, "Nomadland"
Film üçün ən yaxşı musiqi — "Soul"
Ən yaxşı sənədli film — "My Octopus Teacher"
Britaniyalı yazıçı, rejissor və ya prodüser tərəfindən ən yaxşı debüt — Remi Viks, "His House"
İkinci planda ən yaxşı aktyor — Deniel Kaluya, "Judas and the Black Messiah"
Ən yaxşı orijinal ssenari — "Promising Young Woman"
İkinci planda ən yaxşı aktrisa — Yun Yo Çjon, "Minari"
Ən yaxşı operator işi — "Nomadland"
Əcnəbi dildə ən yaxşı film — "Druk"
Ən yaxşı animasiya filmi — "Soul"
Ən yaxşı uyğunlaşdırılmış ssenari — "The Father"
Ən yaxşı aktyor heyəti — "Rocks"
Ən yaxşı qısametrajlı animasiya filmi — "The Owl and the Pussycat"
Məlumat üçün bildirək ki, Britaniya Film və Televiziya Sənətləri Akademiyası (BAFTA, англ. The British Academy of Film and Television Arts) 1947-ci ildə Devid Lin tərəfindən yaranıb. Yarandığı ildən 1976-cı ilə qədər akademiya İngilis Film Akademiyası adlanıb. Sonradan Televiziya İstehsalçıları Gildiyası da akademiyaya qatılıb və 1976-cı ildə Britaniya Film və Televiziya Filmləri Akademiyası adlanmağa başlayıb.
Mükafat sahibləri mükafat olaraq qızıl maska alırlar.