12:12 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
12 0 0

Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart – 25 aprel tarixində "Uluslararası Kısa Performanslar Festivalı" keçirilir.

BAKI, 10 aprel — Sputnik. Gəncə Dövlət Dram Teatrının səhnələşdirdiyi "Xəmsə" ədəbi-bədii kompozisiyası Türkiyədə keçirilən onlayn tamaşalar festivalının proqramına salınıb. Sputnik Azərbaycan xəbər verir ki, ədəbi-bədii kompozisiya "Nizami Gəncəvi İli" çərçivəsində hazırlanıb.

Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay Erdelikara və Gökhan Buludun təşkilatçılığı ilə 27 mart – 25 aprel tarixində "Uluslararası Kısa Performanslar Festivalı" keçirilir. Festivalda 12 ölkədən teatrların tamaşaları nümayiş etdiriləcək. Tamaşalar onlayn rejimdə hər həftənin bazar günləri festivalın "YouTube" və "Facebook" hesabları üzərindən yayımlanır.

Qeyd edək ki, festivalda Azərbaycanı iki teatr təmsil edir. Gəncə Dövlət Dram Teatrının "Xəmsə" kompozisiyasından başqa, Dövlət Pantomima Teatrı da festivala "Nağaraçılar" tamaşası ilə qatılacaq. Gəncə teatrının səhnələşdirdiyi kompozisiya aprelin 11-də nümayiş olunacaq.

Əsas mövzular