10:47 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
12 0 0

Hazırda özündən 15 yaş kiçik aktyor Murat Balçı ilə eşq macəraları yaşadığı bildirilən Əsra Dərmancıoğlu bir kişinin onu aldatmasını özü üçün problem etmədiyini vurğulayıb.

BAKI, 10 aprel — Sputnik. Türkiyənin tanınmış aktrisası Əsra Dərmancıoğlu gözlənilməz etirafları ilə müzakirə mövzusu olub. Belə ki, o, xəyanəti özünə problem saymadığını deyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fatmagülün suçu nə" serialından tanınan aktrisanın sözlərinə görə, əri ona xəyanət etdiyi üçün ondan boşanıb:

"Səyahətə hazırlaşırdıq. Həmin gün dostlarımız getdilər. Kresloda oturmuşduq, əlində viski var idi. Qəfil ona müraciətlə dedim: "Nəsə baş verir? Sən mənə xəyanət edirsən?". O təsdiqlədi. Sonra danışdıq, uzun müddət söhbətləşdik. Sonra da boşandıq. İndi aramız yaxşıdır. Qızımın atası çox yaxşı adamdır. Amma bezibmiş…"
Посмотреть эту публикацию в Instagram

Публикация от esradermancıoğlu (@esradermancioglu)

Hazırda özündən 15 yaş kiçik aktyor Murat Balçı ilə eşq macəraları yaşadığı bildirilən Əsra Dərmancıoğlu bir kişinin onu aldatmasını özü üçün problem etmədiyini vurğulayıb.

"Bir kişinin, yaxud bir qadının xəyanətini heç vaxt ədalət məsələsinə çevirmirəm. Bu başqa bir şeydir. İstəmir sadəcə", – deyə o bildirib.

Teqlər:
xəyanət, Türkiyə, aktrisa

Əsas mövzular