02:37 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
27 0 0

Amerikanın bir çox populyar film və seriallarında çəkilmiş Brianna Houi məşhur jurnal üçün fotosessiyada Rüfət İsmayılın geyimindən istifadə edib.

BAKI, 4 aprel - Sputnik, Kəmalə Əliyeva. Tanınmış amerikalı aktrisa Brianna Houi populyar PhotoBook Magazine nəşri üçün fotosessiyaya çəkilərkən azərbaycanlı dizayner Rüfət İsmayılın hazırladığı paltarı seçib.

Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisa İsmayılın son kolleksiyasına daxil olan uzun qara donu geyinərək kamera qarşısına keçib.

Obraz yaratmaqda Houiyə tanınmış stilist Melvin Sanders kömək edib. 

Jurnal yaxın günlərdə Amerikada işıq üzü görəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Brianne Howey (@briannehowey)

Rüfət İsmayılın geyimləri ABŞ-ın bir çox butiklərində satılır. O, Affair brendinin yaradıcısıdır. Dizaynerin defileləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə təşkil edilib. İsmayıl "Türkiyənin ən yaxşı dizayneri" titulunun sahibidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от By Rufat İsmayil (@afffair.fff)

R.İsmayılın kolleksiyası dünya modasının ən vacib sərgilərindən olan Pitti Uomo-da (kişi geyimləri, ayaqqabısı, aksessuarları, ümumiyyətlə stili sərgisi - red.) nümayiş olunub. Fashion TV isə onu 2018-ci ilin ən yaxşı avropalı dizayneri adlandırıb. İsmayılın tikdiyi geyimləri Dua Lipa, Beyonse, Cennifer Lopes kimi Hollivud ulduzları bəyənərək geyinirlər.

Brianna Houi "İblisi qovan", "Gəlincik", "Cinayətkar kimi düşünmək" və s. filmlərdə çəkilib. Hazırda "Cinni və Corciya" serialında işini davam etdirir.

Əsas mövzular