05:26 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
MƏDƏNİYYƏT
Qısa URL
10 0 0

Azərbaycan və Türkiyənin birgə hazırladıqları "Balaban sənətkarlığı və ifaçılıq sənəti" adlı çoxmillətli nominasiya faylı Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahıya daxil edilməsi üçün UNESCO Katibliyinə təqdim edilib

BAKI, 2 aprel — Sputnik. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfə verən Azərbaycan ümumdünya mədəni irsini də zənginləşdirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən dayanıqlı təməl üzərində qurulmuş Azərbaycan-UNESCO münasibətləri daha da möhkəmlənir.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən qədim xalq musiqi alətimiz balabanın ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayl hazırlanıb.

Azərbaycan və Türkiyənin birgə hazırladıqları "Balaban sənətkarlığı və ifaçılıq sənəti" adlı çoxmillətli nominasiya faylı Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahıya daxil edilməsi üçün UNESCO Katibliyinə təqdim edilib.

Azərbaycan koordinator olduğu üçün nominasiya faylı UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən qurumun katibliyinə təqdim olunub. Nominasiya faylı 2022-ci ildə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 17-ci sessiyası zamanı Komitə üzvləri tərəfindən nəzərdən keçiriləcək.

Əsas mövzular