07:41 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
MƏDƏNİYYƏT
Qısa URL
13 0 0

"Payız natürmortu" əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir.

BAKI, 30 mart — Sputnik. Baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşən Yaradıcılar Sülh Uğrunda Federasiyası (APF) və Beynəlxalq Yazıçılar Gildiyası (IGW) yazıçı Varis Yolçuyevi Sülh səfiri titulu ilə mükafatlandırıb, bu münasibətlə onu müvafiq Sertifikatla təltif ediblər. Varis Sülh səfiri statusuna 2021-ci ilin mart ayından keçib.

Sputnik Azərbaycan xəbər verir ki, yazıçımız Avropada dərc edilən "Metamorfoz" romanında, "Babam, zalımlar və əncir ağacı", "Sonuncu mogikan" kimi hekayələrində, o cümlədən Almaniyada dərc olunmuş "Payız natürmortu" kimi esselər toplusunda Xeyirin Şər üzərindəki qələbəsini tərənnüm etdiyinə, insan mənəviyyatının zənginliklərini üzə çıxardığına, eləcə də son illərdə dünya miqyasında böyük ədəbiyyat və incəsənət festivalları və müsabiqələrindəki münsif fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, "Payız natürmortu" əsərində yazıçımızın dünya ictimaiyyətinə Azərbaycan barədə həqiqətləri çatdırmaq missiyasının nümunələrinə, o cümlədən Qarabağ həqiqətlərinə də rast gəlinir.

Teqlər:
səfir, sülh, Avropa, azərbaycanlı, yazıçı

Əsas mövzular